• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici görüşlər davam edir

    10

    iyn

    “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici görüşlər davam edir

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirici görüşlər Abşeron, Bərdə, Ağcabədi, Lerik rayonlarının məktəblərində təşkil olunub:
    - Xırdalan şəhər 2 nömrəli tam orta məktəb
    - Xırdalan şəhər 9 nömrəli tam orta məktəb
    - M.Seyidov adına Mehdixanlı kənd tam orta məktəbi
    - N.Hüseynov adına Alpout kənd orta məktəbi
    - Q. Novruzov adına 2 saylı Hacallı kənd tam orta məktəbi
    - Ü.Hacıbəyov adına 7 saylı məktəb
    - Sivəkəran kənd ümumi orta ümumtəhsil məktəbi

    “Təmiz ətraf mühit hər kəsin hüququdur” mövzusu altında keçirilən görüşlərdə şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sağlam ətraf mühitdə yaşamaq hüququ barədə ətraflı məlumat verilib, ətraf mühitin mühafizəsinə dair qanunvericiliyin əsas müddəaları, vətəndaşların bu sahədə hüquq və vəzifələri, təbiətə zərər vurulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirləri izah olunub. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

    Qeyd edək ki, sözügedən maarifləndirici görüşlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək ölkədə elan edilən “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunub.

    Tarix : Bu gün, 15:39 | Oxunub: 120