"Bu gün rəqəmsal mühitdə olan təhlükə küçədə yoxdur".
Ekologiya.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev "Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi" mövzusunda ictimai dinləmədə çıxışında bildirib.
Onun sözlərinə görə, valideyn övladını rəqəmsal mühitin təsirindən qorumaq istiqamətində öz məsuliyyətini bilməlidir:
"Əgər valideyn övladının əlindən tutub yolu təhlükəsiz keçməsinə çalışırsa, rəqəmsal mühitdəki təsirlərdən qorumaq üçün də öz məsuliyyətini dərk etməlidir".
O bildirib ki, DİN-ə daxil olan əksər müraciətləri araşdıranda görülür ki, baş verənlərin əksəriyyəti rəqəmsal mühitdə cərəyan edir:
"Rəqəmsal mühitdə saxta şəxsiyyətlər, səhifələr formalaşdırılır. Onlar vasitəsilə cinayət əməlləri törədilir.
Nəzərə almaq lazımdır ki, bu gün uşaqların qarşılaşdığı təhlükələr yalnız küçə və məişət mühiti ilə məhdudlaşmır".
[category=1]
[category=1]
[category=1]
[category=1]
[category=1]