Ekologiya.az bildirir ki, bu barədə Paytaxt.org-a danışan mənbə iddia edib ki, təmizlik və abadlıq işləri , məişət tullantılarının idarəsi, yaşıllıq sahələrinin salınması, mövcud olanların isə qorunmasında yaranan problemlər kommunal xidmətlər sahəsində şəffaflığın itməsinə gətirib çıxarıb.
Rayon ərazisindəki çoxmənzilli yaşayış binalarının dam örtükləri, zirzəmiləri və kommunikasiya xətlərinin vəziyyəti ilə bağlı sakinlərin çoxsaylı şikayətləri olduğu halda, bu problemlərin həlli ilə bağlı hələ də konkret tədbirlər görülməyib. Bununla yanaşı yaşıllıqların qorunması və ağacların kəsilməsi ilə bağlı qərarlar da bəzi işbalarla kabinetdə aparılan danışıqlardan qaynaqlanmaqdadır.
Həmçinin Birliyin balansında olan texnika və avadanlıqların icarəyə verilməsi halları eləcədə MKTB əməkdaşlarının işə qəbulunda qəbul edilən qanunsuz halların Birliydə ciddi yoxlamamalara ehtiyac olduğuna zəmin yaradır.
Növbəti yazıda:
Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafovun bağ evində nələr baş verir. Birliyinin rəisinin saxladğı itlərlə dəvət etdiyi xüsusi qonaqlarının "tamaşa"sı barədə şok görüntüləri təqdim etməyə çalışacağıq.Bizi izləyin!
Günay Heydərli