• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti  bu tarixə qədər davam edəcək

    16

    fev

    Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti bu tarixə qədər davam edəcək

    Milli Hidrometeorologiya Xidmətinin bu günə olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Şabran, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Qobustanda yağış yağır.


    Xidmətdən Ekologiya.az-a verilən məlumata görə Xaltan, Qrız, Şahdağla bərabər hazırda Daşkəsən, Altıağac, Quba, Qusar ərazilərinə qar yağır.


    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-də 8, Aran rayonlarında 8, dağlıq ərazilərdə 2 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxtadır.

    Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti fevralın 18-i gündüzədək davam edəcək.

    Tarix : 16-02-2024, 17:41 | Oxunub: 1 884