Tam versiya
Ana səhifə CƏMİYYƏT Ötən il İmişlidə kanalda batması ehtimal olunan uşağın axtarışı davam etdirilir
CƏMİYYƏT

Ötən il İmişlidə kanalda batması ehtimal olunan uşağın axtarışı davam etdirilir


2023-cü il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən davam etdirilir.


Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.


Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
Tam mətni oxu →