• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ötən il İmişlidə kanalda batması ehtimal olunan uşağın axtarışı davam etdirilir

    19

    fev

    Ötən il İmişlidə kanalda batması ehtimal olunan uşağın axtarışı davam etdirilir

    2023-cü il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən davam etdirilir.


    Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.


    Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

    Əlavə məlumat veriləcək.

    Tarix : 19-02-2024, 18:50 | Oxunub: 1 754