Tam versiya
Ana səhifə CƏMİYYƏT Lənkəranda avtomobil ağaca çırpılıb, ölən var
CƏMİYYƏT

Lənkəranda avtomobil ağaca çırpılıb, ölən var


Lənkəranda ağır yol qəzası qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata əsasən, "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü ölüb. İki sərnişin xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →