• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Lənkəranda avtomobil ağaca çırpılıb, ölən var

    01

    mar

    Lənkəranda avtomobil ağaca çırpılıb, ölən var

    Lənkəranda ağır yol qəzası qeydə alınıb.

    Trend-in məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

    Məlumata əsasən, "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü ölüb. İki sərnişin xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.


    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 1-03-2024, 12:02 | Oxunub: 3 059