• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Vəndam qəsəbəsinin küçələrinə məişət tullantıları üçün 100 qutu qoyulub

    05

    mar

    Vəndam qəsəbəsinin küçələrinə məişət tullantıları üçün 100 qutu qoyulub

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qəbələ rayonunun Vəndam bələdiyyəsi tərəfindən məişət tullantılarının yığılması üçün alınmış 100 tullantı qutusu (urna) qəsəbənin küçələrinə yerləşdirilib.


    Bu barədə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat yayıb.


    Bildirilib ki, respublikanın əsas turizm mərkəzlərindən olan Qəbələ rayonunun yaşayış məntəqələrinin təmizliyini qorumaq hər bir vətəndaşın borcudur. Yeni tullantı qutuları küləkli havada məişət tullantılarının ətrafa dağılmasının qarşısını alacaq, insanların sağlamlığının qorunmasına və ətraf mühitin yaxşılaşmasına müsbət təsir göstərəcək. Ona görə də sakinlər və qəsəbənin qonaqları məişət tullantılarını qablardan kənara atmamalı, ətrafın zibillənməsi hallarına yol verməməlidirlər.

    Tarix : 5-03-2024, 19:15 | Oxunub: 111