• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Martın 14-də Sahil qəsəbəsində “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

    12

    mar

    Martın 14-də Sahil qəsəbəsində “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası martın 14-də Sahil qəsəbəsində “Araz” supermarketin qarşısında keçiriləcək.


    Nazirliyin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.


    Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırır.


    Aksiya martın 14-də saat 12-də Bakının Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 15 ünvanındakı “Araz” supermarketində keçiriləcək.

    Tarix : 12-03-2024, 10:00 | Oxunub: 78