Tam versiya
Ana səhifə CƏMİYYƏT Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı tədbirləri davam etdirir
CƏMİYYƏT

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı tədbirləri davam etdirir


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, martın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 tüfəng, 5 patron darağı və müxtəlif çaplı 223 patron təhvil götürüblər.

Eyni zamanda, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Ötən gün qanunsuz saxlanılan 1 tapança, müxtəlif markalı 2 tüfəng və 1 patron darağı aşkar edilərək götürülüb.

Paylaş:
Tam mətni oxu →