• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı tədbirləri davam etdirir

    30

    mar

    Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı tədbirləri davam etdirir

    Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.


    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, martın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 tüfəng, 5 patron darağı və müxtəlif çaplı 223 patron təhvil götürüblər.

    Eyni zamanda, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Ötən gün qanunsuz saxlanılan 1 tapança, müxtəlif markalı 2 tüfəng və 1 patron darağı aşkar edilərək götürülüb.

    Tarix : 30-03-2024, 11:30 | Oxunub: 201