• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Külək Yevlaxda bir neçə yerdə yanğına səbəb olub

    05

    apr

    Külək Yevlaxda bir neçə yerdə yanğına səbəb olub

    Aprelin 4-də güclü külək nəticəsində Yevlax rayonunda bir neçə yerdə yanğın olub.


    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Balçılı kəndi ərazisində 70 kvadratmetr, Salamabad kəndi ərazisində 200 kvadratmetr, Aran qəsəbəsi ərazisində 200 kvadratmetr, Cırdaxan kəndi ərazisində 700 kvadratmetr ərazidə kol-kos və qamışlıqlar yanıb. Cırdaxan kəndi ərazisində baş verən yanğında 3 ədəd elektrik dirəyi də yanaraq sıradan çıxıb.

    Yanğınların baş verdiyi ərazilərə Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə briqadaları cəlb edilib

    Tarix : 5-04-2024, 11:39 | Oxunub: 2 437