Tam versiya
Ana səhifə CƏMİYYƏT Külək Yevlaxda bir neçə yerdə yanğına səbəb olub
CƏMİYYƏT

Külək Yevlaxda bir neçə yerdə yanğına səbəb olub


Aprelin 4-də güclü külək nəticəsində Yevlax rayonunda bir neçə yerdə yanğın olub.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Balçılı kəndi ərazisində 70 kvadratmetr, Salamabad kəndi ərazisində 200 kvadratmetr, Aran qəsəbəsi ərazisində 200 kvadratmetr, Cırdaxan kəndi ərazisində 700 kvadratmetr ərazidə kol-kos və qamışlıqlar yanıb. Cırdaxan kəndi ərazisində baş verən yanğında 3 ədəd elektrik dirəyi də yanaraq sıradan çıxıb.

Yanğınların baş verdiyi ərazilərə Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə briqadaları cəlb edilib

Paylaş:
Tam mətni oxu →