Ana səhifə›
CƏMİYYƏT
›
Binəqədidə yük və minik maşınları toqquşdu - ÖLƏN VAR
CƏMİYYƏT
Binəqədidə yük və minik maşınları toqquşdu - ÖLƏN VAR
Ekologiya
AMP
Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Novxanı-Pirşağı avtomobil yolunda qeydə alınıb.Belə ki, 09.04.2024-cü il tarixdə saat 14:00 radələrində Qarayev Mübariz Nizami oğlu idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Allahverdiyev Mahir Adif oğlunun idarə etdiyi “Kia-sorenta” markalı avtomobil toqquşub.Nəticədə hər 2 sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Sumqayıt şəhər Təcili Yardım xəstəxanasına yerləşdirilib.M.Allahverdiyev 09.04.2024-cü il tarixdə saat 18:00-da aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır. (Qafqazinfo