• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Binəqədidə yük və minik maşınları toqquşdu - ÖLƏN VAR

    12

    apr

    Binəqədidə yük və minik maşınları toqquşdu - ÖLƏN VAR

    Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Novxanı-Pirşağı avtomobil yolunda qeydə alınıb.

    Belə ki, 09.04.2024-cü il tarixdə saat 14:00 radələrində Qarayev Mübariz Nizami oğlu idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Allahverdiyev Mahir Adif oğlunun idarə etdiyi “Kia-sorenta” markalı avtomobil toqquşub.

    Nəticədə hər 2 sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Sumqayıt şəhər Təcili Yardım xəstəxanasına yerləşdirilib.

    M.Allahverdiyev 09.04.2024-cü il tarixdə saat 18:00-da aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.

    Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır. (Qafqazinfo

    Tarix : 12-04-2024, 13:31 | Oxunub: 2 389