Ana səhifə›
CƏMİYYƏT
›
Şöbə müdiri: "Azərbaycanda həyata keçirilən 40 layihə DİM-ə uyğunlaşdırılıb, "yaşıl enerji" və ekologiya sahələri..."
CƏMİYYƏT
Şöbə müdiri: "Azərbaycanda həyata keçirilən 40 layihə DİM-ə uyğunlaşdırılıb, "yaşıl enerji" və ekologiya sahələri..."
Ekologiya
AMP
Azərbaycanda müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilən 40 layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədi (DİM) layihəsinə uyğunlaşdırılıb."Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda 4-cü DİM Dialoqu çərçivəsində çıxışı zamanı deyib.Onun sözlərinə görə, bu layihələrin Azərbaycanda reallaşdırılmasına baxmayaraq beynəlxalq əhəmiyyət daşıyır."2022-2026-cı illər üzrə Azərbaycan Respublikasının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramında 4 əsas sahəyə sərmayə qoyulması nəzərdə tutulub. Bunlar "yaşıl enerji", qida, infrastruktur və ekologiya sahələridir. Bu sahələrə dair hazırlanan layihələr və yatırılan investisiya da BMT-nin DİM proqramına uyğunlaşdırılıb", - deyə H.Hüseynov vurğulayıb.H.Hüseynov bildirib ki, Azərbaycan hökuməti prioritet hesab etdiyi 17 məqsəd, 88 hədəf və 119 göstərici üzrə dövlət proqramlarının, fəaliyyət planlarının və strateji sənədlərin DİM-in məqsəd və hədəfləri ilə uzlaşdırması istiqamətində davamlı fəaliyyət göstərir.Ekologiya.az