• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şöbə müdiri: "Azərbaycanda həyata keçirilən 40 layihə DİM-ə uyğunlaşdırılıb, "yaşıl enerji" və ekologiya sahələri..."

    07

    may

    Şöbə müdiri: "Azərbaycanda həyata keçirilən 40 layihə DİM-ə uyğunlaşdırılıb, "yaşıl enerji" və ekologiya sahələri..."

    Azərbaycanda müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilən 40 layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədi (DİM) layihəsinə uyğunlaşdırılıb.

    "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda 4-cü DİM Dialoqu çərçivəsində çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, bu layihələrin Azərbaycanda reallaşdırılmasına baxmayaraq beynəlxalq əhəmiyyət daşıyır.

    "2022-2026-cı illər üzrə Azərbaycan Respublikasının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramında 4 əsas sahəyə sərmayə qoyulması nəzərdə tutulub. Bunlar "yaşıl enerji", qida, infrastruktur və ekologiya sahələridir. Bu sahələrə dair hazırlanan layihələr və yatırılan investisiya da BMT-nin DİM proqramına uyğunlaşdırılıb", - deyə H.Hüseynov vurğulayıb.

    H.Hüseynov bildirib ki, Azərbaycan hökuməti prioritet hesab etdiyi 17 məqsəd, 88 hədəf və 119 göstərici üzrə dövlət proqramlarının, fəaliyyət planlarının və strateji sənədlərin DİM-in məqsəd və hədəfləri ilə uzlaşdırması istiqamətində davamlı fəaliyyət göstərir.Ekologiya.az

    Tarix : 7-05-2024, 20:00 | Oxunub: 54