CƏMİYYƏT
Ümumilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO
Milli Hidrometeorologiya Xidmətinin və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib.
Ekologiya.az-ın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətində keçirilən tədbirdə YAP-ın əsasının qoyulmasında, partiyanın fəaliyyətində Heydər Əliyevin apardığı strateji siyasət, ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində nəzərdə tutulmuş əməkdaşlıq perspektivləri vurğulanıb.