• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ümumilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

    08

    may

    Ümumilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

    Milli Hidrometeorologiya Xidmətinin və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib. 

    Ekologiya.az-ın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətində keçirilən tədbirdə YAP-ın əsasının qoyulmasında, partiyanın fəaliyyətində Heydər Əliyevin apardığı strateji siyasət, ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində nəzərdə tutulmuş əməkdaşlıq perspektivləri vurğulanıb.
    Tədbirin davamında Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş Xidmətin bir qrup əməkdaşına üzvlük vəsiqələri təqdim edilib.
    Tədbirdə çıxış edən Xidmətin rəisi Nazim Mahmudov rəhbərlik etdiyi qurumda YAP-ın fəaliyyəti ilə bağlı aparılan siyasət, partiyada gənclərin göstərdiyi fəallıq, eyni zamanda  ölkəmizdə hidrometeoroloji fəaliyyətin təşkili, hidrometeoroloji siyasət, qobal iqlim dəyişmələri, erkən xəbərdarlıq sistemi, hidrometeoroloji müşahidə şəbəkəsinin modernləşdirilməsi, bu istiqamətdə görülmüş işlərdən danışıb. 
    Sonda partiya üzvlərinin YAP-ın gələcək fəaliyyətində üzərlərinə düşən öhdəliklərə məsuliyyətlə yanaşacaqlarına inam ifadə olunub.

    Tarix : 8-05-2024, 11:44 | Oxunub: 69