Ana səhifə›
CƏMİYYƏT
›
Muxtar Babayev: Azərbaycanı dünyada güclü ölkə kimi tanıyırlar
CƏMİYYƏT
Muxtar Babayev: Azərbaycanı dünyada güclü ölkə kimi tanıyırlar
Ekologiya
AMP
Azərbaycanı dünyada güclü ölkə kimi tanıyırlar.Ekologiya.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.Onun sözlərinə görə, bu, dünya ölkələrinin Azərbaycana olan etimadının göstəricisidir:"Dünyanın müxtəlif ölkələrində səfərdə olarkən görürük ki, Azərbaycanı kiçik yox, güclü ölkə kimi tanıyırlar".Nazir bildirib ki, Azərbaycana yollanan qonaq artıq bilet alanda belə, haraya gəldiyini hiss edəcək:"Təyyarələrdə COP29-la bağlı məlumatlarla yanaşı, hava limanlarında qonaqlar üçün maksimal şərait yaradılacaq. İctimai nəqliyyat, iaşə obyektlərindəki bütün biznes subyektləri buna hazır olmalıdır”.