• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev: Azərbaycanı dünyada güclü ölkə kimi tanıyırlar

    17

    may

    Muxtar Babayev: Azərbaycanı dünyada güclü ölkə kimi tanıyırlar

    Azərbaycanı dünyada güclü ölkə kimi tanıyırlar.

    Ekologiya.az  xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.

    Onun sözlərinə görə, bu, dünya ölkələrinin Azərbaycana olan etimadının göstəricisidir:

    "Dünyanın müxtəlif ölkələrində səfərdə olarkən görürük ki, Azərbaycanı kiçik yox, güclü ölkə kimi tanıyırlar".

    Nazir bildirib ki, Azərbaycana yollanan qonaq artıq bilet alanda belə, haraya gəldiyini hiss edəcək:

    "Təyyarələrdə COP29-la bağlı məlumatlarla yanaşı, hava limanlarında qonaqlar üçün maksimal şərait yaradılacaq. İctimai nəqliyyat, iaşə obyektlərindəki bütün biznes subyektləri buna hazır olmalıdır”.

    Tarix : 17-05-2024, 13:47 | Oxunub: 2 885