Tam versiya
Ana səhifə CƏMİYYƏT Nazir müavini: Azərbaycanda daşqın hadisələri iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir
CƏMİYYƏT

Nazir müavini: Azərbaycanda daşqın hadisələri iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir


Hökumətlərarası ekspert qrupunun son hesabatlarında iqlim dəyişikliyinin sürətlənməsinə diqqət yetirilir.

Ekologiya.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes” Forumunda deyib.

Onun sözlərinə görə, buna görə də anomal hallar baş verir:

"Azərbaycanda 1999- 2000- ci ildə dörd sel, daşqın olubsa, 2020-2021- ci ildə 50 belə hadisə oldu. 2023 cü ildə isə rəqəmlərdə rekord qeydə alınıb. Ötən il 147 sel daşqın hadisəsi müşahidə olundu. Bu da iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir", - U.Tağıyeva deyib.

Paylaş:
Tam mətni oxu →