• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Nazir müavini: Azərbaycanda daşqın hadisələri iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir

    17

    may

    Nazir müavini: Azərbaycanda daşqın hadisələri iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir

    Hökumətlərarası ekspert qrupunun son hesabatlarında iqlim dəyişikliyinin sürətlənməsinə diqqət yetirilir.

    Ekologiya.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes” Forumunda deyib.

    Onun sözlərinə görə, buna görə də anomal hallar baş verir:

    "Azərbaycanda 1999- 2000- ci ildə dörd sel, daşqın olubsa, 2020-2021- ci ildə 50 belə hadisə oldu. 2023 cü ildə isə rəqəmlərdə rekord qeydə alınıb. Ötən il 147 sel daşqın hadisəsi müşahidə olundu. Bu da iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir", - U.Tağıyeva deyib.

    Tarix : 17-05-2024, 14:25 | Oxunub: 2 379