Ana səhifə›
CƏMİYYƏT
›
Qaxda yağan güclü dolu təsərrüfata ciddi ziyan vurub
CƏMİYYƏT
Qaxda yağan güclü dolu təsərrüfata ciddi ziyan vurub
Ekologiya
AMP
Qax rayonuna dolu düşüb."Report"un Şimal-qərb bürosunun məlumatına görə, təbiət hadisəsi dünən axşam saatlarında Qaxın mərkəzinə, rayonun Zərnə və Ləkit kəndlərində müşahidə olunub.Rayon sakinləri "Report"un yerli bürosuna bildiriblər ki, dolu nəticəsində təsərrüfata, o cümlədən meyvə ağaclarına ziyan dəyib.Qeyd edək ki, şimal-qərb bölgəsində son günlər qeyri-sabit hava şəraiti davam edir. Güclü leysan nəticəsində dağ çaylarında sululuq artıb.