• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qaxda yağan güclü dolu təsərrüfata ciddi ziyan vurub

    18

    may

    Qaxda yağan güclü dolu təsərrüfata ciddi ziyan vurub

    Qax rayonuna dolu düşüb.

    "Report"un Şimal-qərb bürosunun məlumatına görə, təbiət hadisəsi dünən axşam saatlarında Qaxın mərkəzinə, rayonun Zərnə və Ləkit kəndlərində müşahidə olunub.

    Rayon sakinləri "Report"un yerli bürosuna bildiriblər ki, dolu nəticəsində təsərrüfata, o cümlədən meyvə ağaclarına ziyan dəyib.

    Qeyd edək ki, şimal-qərb bölgəsində son günlər qeyri-sabit hava şəraiti davam edir. Güclü leysan nəticəsində dağ çaylarında sululuq artıb.

    Tarix : 18-05-2024, 16:25 | Oxunub: 2 686