CƏMİYYƏT
Beynəlxalq Biomüxtəliflik Günü Şirvan Milli Parkında qeyd olunub - FOTO
22 may Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar Şirvan Milli Parkının ərazisindəki mövcud biomüxtəlifliyi tanıtmaq məqsədilə tədbir keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin, Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, universitet tələbələrinin iştirak etdiyi tədbirdə bu günün əhəmiyyəti, eyni zamanda bioloji müxtəlifliyin qorunması sahəsində həyata keçirilən layihələr, xüsusi mühafizə olunan təbiət əraziləri, reintroduksiya layihələri barədə məlumat verilib.