• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Beynəlxalq Biomüxtəliflik Günü Şirvan Milli Parkında qeyd olunub - FOTO

    22

    may

    Beynəlxalq Biomüxtəliflik Günü Şirvan Milli Parkında qeyd olunub - FOTO

    22 may Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar Şirvan Milli Parkının ərazisindəki mövcud biomüxtəlifliyi tanıtmaq məqsədilə tədbir keçirilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin, Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşlarının, qeyri-hökumət təşkilatlarının  nümayəndələrinin, universitet tələbələrinin iştirak etdiyi tədbirdə bu günün əhəmiyyəti, eyni zamanda bioloji müxtəlifliyin qorunması sahəsində həyata keçirilən layihələr, xüsusi mühafizə olunan təbiət əraziləri, reintroduksiya layihələri barədə məlumat verilib.
    Tədbirin sonunda Şirvan Milli Parkında ceyranları müşahidə məqsədilə safari tur təşkil olunub.

    Ekologiya.az

    Tarix : 22-05-2024, 19:50 | Oxunub: 1 617