Nazirliyin kollektivi əvvəlcə Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad edib.
Nazirliyin inzibati binasında davam edən tədbir Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə 2001-ci il mayın 23-də Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasından, ekologiya sahəsinə göstərdiyi xüsusi diqqət və qayğısından, nazirliyin ötən 23 ildə əldə etdiyi uğurlardan və gələcək hədəflərdən danışılıb.
