Ekoloji mədəniyyətin təşviqi, təbiətin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması və gənclərin sosial media vasitəsilə ekoloji təşəbbüslərə cəlb edilməsi məqsədilə keçirilən “Ecoreels” müsabiqəsi başa çatıb.

Müsabiqə çərçivəsində iştirakçılar ekoloji mövzularda hazırladıqları qısa videoçarxlarla sosial media vasitəsilə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici mesajların geniş auditoriyaya çatdırılmasına töhfə veriblər.

Nəticələrə əsasən, I yerin qalibi Nurlan Atakişiyev, II yerin qalibi Günel Mənsimova, III yerin qalibi isə Nigar İsgəndərova olub.

Yer tutan qaliblər müvafiq olaraq mükafatlarla təltif olunacaqlar.