Tam versiya
Ana səhifə CƏMİYYƏT Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri peşə bayramını qeyd edib - FOTO
CƏMİYYƏT

Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri peşə bayramını qeyd edib - FOTO


Nazirliyin kollektivi əvvəlcə Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad edib. 

Nazirliyin inzibati binasında davam edən tədbir Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.


Tədbirdə 2001-ci il mayın 23-də Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasından, ekologiya sahəsinə göstərdiyi xüsusi diqqət və qayğısından, nazirliyin ötən 23 ildə əldə etdiyi uğurlardan və gələcək hədəflərdən danışılıb.


Sonda ətraf mühitin mühafizəsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənən əməkdaşlara və könüllülərə fəxri fərman, mükafat və təşəkkürnamələr təqdim olunub, Nazirliyin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Ekologiya.az

Paylaş:
Tam mətni oxu →