Ölkəmizin ən çox turist qəbul edən milli parklarından biri də Göygöl Milli Parkıdır - FOTO
Milli parkın ərazisinin əsrarəngiz görüntüsünü, zəngin biomüxtəlifliyini tanıtmaq məqsədilə Ege Universitetinin kollektivinin, o cümlədən Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı ziyarətçilərə milli parkın ekosistemi, burada qorunan fauna və flora növləri barəsində məlumatlar verilib, turist marşrutları boyunca ekotur təşkil edilib.