• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ölkəmizin ən çox turist qəbul edən milli parklarından biri də Göygöl Milli Parkıdır - FOTO

    29

    may

    Ölkəmizin ən çox turist qəbul edən milli parklarından biri də Göygöl Milli Parkıdır - FOTO

    Milli parkın ərazisinin əsrarəngiz görüntüsünü, zəngin biomüxtəlifliyini tanıtmaq məqsədilə Ege Universitetinin kollektivinin, o cümlədən Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin ekskursiyası təşkil olunub. 


    Ekskursiya zamanı ziyarətçilərə milli parkın ekosistemi, burada qorunan fauna və flora növləri barəsində məlumatlar verilib, turist marşrutları boyunca ekotur təşkil edilib.
    Eyni zamanda, milli parkın əməkdaşları şagirdlər arasında xüsusi mühafizə olunan təbiət əraziləri barədə məlumatlılığı artırmaq məqsədilə Toğana məktəbində maarifləndirici görüş keçirib, ölkəmizin zəngin təbiəti, nadir növləri haqqında məlumatlar veriblər.

    Ekologiya.az

    Tarix : 29-05-2024, 14:20 | Oxunub: 2 361