Ana səhifə›
CƏMİYYƏT
›
“Sülh sazişi imzalanacaq, Paşinyan Bakıya gedəcək, COP29 beynəlxalq konfransınadək... ” - SENSASİON AÇIQLAMA
CƏMİYYƏT
“Sülh sazişi imzalanacaq, Paşinyan Bakıya gedəcək, COP29 beynəlxalq konfransınadək... ” - SENSASİON AÇIQLAMA
Ekologiya
AMP
Azərbaycanla Ermənistan payıza qədər sülh müqaviləsini imzalamağı planlaşdırır.Ekologiya.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.“Azərbaycan sənədi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) beynəlxalq konfransınadək, yəni payıza - noyabra qədər imzalamaq istəyir”, - ekspert qeyd edib.Abovyanın iddiasına görə, sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana səfər edə bilər: “Baş verənlərdən belə məlum olur ki, müvafiq sənədin imzalanması ilə əlaqədar Nikol Paşinyanın Bakıya səfəri ilə bağlı pərdəarxası danışıqlar gedir”.