• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Sülh sazişi imzalanacaq, Paşinyan Bakıya gedəcək, COP29 beynəlxalq konfransınadək... ” - SENSASİON AÇIQLAMA

    04

    iyn

    “Sülh sazişi imzalanacaq, Paşinyan Bakıya gedəcək, COP29 beynəlxalq konfransınadək... ” - SENSASİON AÇIQLAMA

    Azərbaycanla Ermənistan payıza qədər sülh müqaviləsini imzalamağı planlaşdırır.

    Ekologiya.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.

    “Azərbaycan sənədi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) beynəlxalq konfransınadək, yəni payıza - noyabra qədər imzalamaq istəyir”, - ekspert qeyd edib.

    Abovyanın iddiasına görə, sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana səfər edə bilər: “Baş verənlərdən belə məlum olur ki, müvafiq sənədin imzalanması ilə əlaqədar Nikol Paşinyanın Bakıya səfəri ilə bağlı pərdəarxası danışıqlar gedir”.

    Tarix : 4-06-2024, 09:42 | Oxunub: 2 056