Tam versiya
Ana səhifə CƏMİYYƏT Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
CƏMİYYƏT

Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO


İyunun 5-i ölkəmizdə “Su təsərrüfatı və meliorasiya işçiləri günü”dür.


Ekologiya.az xəbər verir ki, bununla əlaqədar olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Agentliyin kollektivi iyunun 5-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.


Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.


Paylaş:
Tam mətni oxu →