• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

    05

    iyn

    Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

    İyunun 5-i ölkəmizdə “Su təsərrüfatı və meliorasiya işçiləri günü”dür.


    Ekologiya.az xəbər verir ki, bununla əlaqədar olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Agentliyin kollektivi iyunun 5-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

    Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.


    Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.


    Tarix : 5-06-2024, 15:55 | Oxunub: 3 536