Xüsusi mühafizə olunan təbiət ərazilərində “Ümumdünya Ətraf Mühit Günü”nə həsr olunan tədbirlər keçirilib - FOTO
Ümumdünya Ətraf Mühit Günü münasibətilə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tələbələrinin Altıağac Milli Parkına ekskursiyası təşkil olunub. Ekskursiya zamanı tələbələrə ətraf mühitin qorunmasının vacibliyi, milli parkın fauna və flora aləmi, Vəhşi Təbiətin Mühafizəsi və Realibitasiyası Klinikası haqqında məlumatlar verilib, interaktiv oyunlar və yarışmalar keçirilib.