• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xüsusi mühafizə olunan təbiət ərazilərində “Ümumdünya Ətraf Mühit Günü”nə həsr olunan tədbirlər keçirilib - FOTO

    07

    iyn

    Xüsusi mühafizə olunan təbiət ərazilərində “Ümumdünya Ətraf Mühit Günü”nə həsr olunan tədbirlər keçirilib - FOTO

    Ümumdünya Ətraf Mühit Günü münasibətilə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tələbələrinin Altıağac Milli Parkına ekskursiyası təşkil olunub. Ekskursiya zamanı tələbələrə ətraf mühitin qorunmasının vacibliyi, milli parkın fauna və flora aləmi, Vəhşi Təbiətin Mühafizəsi və Realibitasiyası Klinikası haqqında məlumatlar verilib, interaktiv oyunlar və yarışmalar keçirilib.

    Ekologiya.az bildirir ki, Abşeron və Ağgöl Milli Parklarında tanıtım guşələri təşkil olunub, parkı ziyarət edən turistlərə günün əhəmiyyəti və xüsusi mühafizə olunan təbiət əraziləri barədə məlumatlar verilib.
    Eyni zamanda, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində "Ətraf mühitə insanların münasibəti" başlıqlı maarifləndirici konfrans keçirilib. Konfransda 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Göygöl Milli Parkının mütəxəssisləri iştirak edərək iştirakçılara ətraf mühitin mühafizəsi, milli parklar, qoruqlar, yasaqlıqlar barədə ətraflı məlumatlar veriblər.

    Tarix : 7-06-2024, 15:44 | Oxunub: 3 528