“Təmiz hava” aylığı çərçivəsində reydlər davam edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində birgə reydlər davam etdirlir.
Ekologiya.az bildirir ki, "Təmiz hava” aylığı çərçivəsində növbəti reydlər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Göygöl, Goranboy və İsmayıllı rayon Polis Şöbəsinin yol polisi bölməsinin əməkdaşları tərəfindən sözügedən rayonların ərazilərində keçirilib.