• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Təmiz hava” aylığı çərçivəsində reydlər davam edir

    11

    iyn

    “Təmiz hava” aylığı çərçivəsində reydlər davam edir

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində birgə reydlər davam etdirlir. 
    Ekologiya.az bildirir  ki, "Təmiz hava” aylığı çərçivəsində növbəti reydlər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Göygöl, Goranboy və İsmayıllı rayon Polis Şöbəsinin yol polisi bölməsinin əməkdaşları tərəfindən sözügedən  rayonların ərazilərində keçirilib.
    Reydlər zamanı ümumilikdə 66 avtonəqliyyat vasitəsinə baxış keçirilib, 23 avtonəqliyyat vasitəsinin mühərrikindən ayrılan zərərli maddələrin miqdarı normadan artıq olduğundan nəqliyyat vasitələrinin sürücüləri barədə protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
    Qeyd edək ki, “Təmiz hava” aylığının keçirilməsində məqsəd nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırki vəziyyətinin öyrənilməsi, eyni zamanda ətraf mühitə müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr buraxan nəqliyyat vasitələrinin aşkar edilməsi və istismarının məhdudlaşdırılması, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin edilməsidir.

    Tarix : 11-06-2024, 13:10 | Oxunub: 2 000