Ana səhifə›
CƏMİYYƏT
›
9 gündə 22 yoluxma, 4 ölüm baş verdi - Şəhər əhalisi təşviş içindədir
CƏMİYYƏT
9 gündə 22 yoluxma, 4 ölüm baş verdi - Şəhər əhalisi təşviş içindədir
Ekologiya
AMP
Türkiyədə havaların istiləşməsi ilə gənələrdən qaynaqlanan Krım-Konqo Qanamalı Qızdırması (KKKA) hallarında artım müşahidə olunur.Türkiyə mətbuatı xəbər verir ki, Sivas şəhərində artıq 22 yoluxma halı aşkarlanıb.Yoluxanlardan 4-ü ölüb.Son 9 gündə 22 yoluxma və 4 ölümün baş verdiyi bölgədə əhali təşviş içindədir.Sivas valiliyindən bildirilib ki, xəstəlik mövsümi və ətraf mühit amilləri səbəbiylə baş verir. Sivas və ətraf vilayətlərdə gənə ilə yoluxan KKKA-nın qarşısının alınması üçün maarifləndirmə işləri aparılır.//Medicina.az