• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 9 gündə 22 yoluxma, 4 ölüm baş verdi - Şəhər əhalisi təşviş içindədir

    15

    iyn

    9 gündə 22 yoluxma, 4 ölüm baş verdi - Şəhər əhalisi təşviş içindədir

    Türkiyədə havaların istiləşməsi ilə gənələrdən qaynaqlanan Krım-Konqo Qanamalı Qızdırması (KKKA) hallarında artım müşahidə olunur.

    Türkiyə mətbuatı xəbər verir ki, Sivas şəhərində artıq 22 yoluxma halı aşkarlanıb.

    Yoluxanlardan 4-ü ölüb.

    Son 9 gündə 22 yoluxma və 4 ölümün baş verdiyi bölgədə əhali təşviş içindədir.

    Sivas valiliyindən bildirilib ki, xəstəlik mövsümi və ətraf mühit amilləri səbəbiylə baş verir. Sivas və ətraf vilayətlərdə gənə ilə yoluxan KKKA-nın qarşısının alınması üçün maarifləndirmə işləri aparılır.//Medicina.az

    Tarix : 15-06-2024, 16:51 | Oxunub: 1 776