ETSN-nin Ekoloji Təhlükəsizlik Xidmətinin rəisinə qarşı "Tik Tok" sosial platformasında çirkin piar başlatılıb. Yayılan məlumatda Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin 8 saylı regional idarəsinə havadarlıq edtdiyi bildirilib.
Beləki, saxta profildə yayın açan bu kimsə, Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi və əməkdaşlarının iş fəaliyyətin "tərif" edərək su hövzəsində tor qurub balıq ovlanmasına tərəf çıxdıqları iddia edilib. Əslində isə Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları qanunsuz balıq ovu ilə məşğul olan brokonerlərə qarşı sərt mübarizəsi Xidmət rəisinə və əməkdaşlarına qarşı aqressiv hücumun başladılmasına səbəb olub. Şəxsiyyəti məlum olmayan, saxta profil sahibinin belə bir qara- piar kompaniyası aparması göründüyü kimi şəxsi mənafe üzərində qurulduğu gün kimi aydındır.
Ekoloji Təhlükəsizlik Xidməti qanunsuz balıq ovu ilə məşğul olan brokonerlərin məlum su hövzəsində qurduqları torları yığışdıraraq əraziyə nəzarəti daha da güclədirməsi "Tik Tok" sosial platforma işbazının işinə yarımadığı üçün şər şəbəkəsinin qarayaxması əməkdaşlarımızın araşdırması nəticəsində də ortaya çıxarılıb.