Bakıda “Azərbaycanın milli parklarının tanıtımı” adlı ikinci tədbir keçirilib
"Bu, sayca ikinci belə tədbirimizidir. Vətəndaşlar burada məlumat guşələrində Azərbaycanın 10 milli parkı haqqında məlumat alırlar. Milli parklar bioloji müxtəlifliyin nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinon qorunmas məqsədi ilə yaradılıb. Hər bir guşədə də bu barədə məlumatlar var".
"Abşeron Milli Parkı paytaxt Bakıya ən yaxın milli parkdır. Milli park haqqında maarifləndirmə işləri çox aparılır, bu tədbirimizdən də gözləntilərimiz çoxdur. İnanırıq ki, bundan sonra daha çox ziyarətçi Milli Parkı, həmçinin oradakı Şahdilini izləməyə gələcək".