
Dənizkənarı Milli Parkda "Biomüxtəliflik-təbiətin harmoniyası" devizi altında “Azərbaycanın milli parklarının tanıtımı” adlı ikinci tədbir keçirilib.
Ekologiya.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə çoxlu sayda qonaq iştirak edib. Ziyarətçilər milli parkların təbiətinə, flora və faunasına aid guşələrlə tanış olublar, stendləri gəzərək Azərbaycandakı milli parklarla virtual tanışlıq imkanı əldə ediblər.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva deyib ki, tədbirin keçirilməsində məqsəd insanları milli parklar barədə daha çox məlumatlandırmaqdır:
Abşeron Milli Parkının rəhbəri Etibar İbrahimov bildirib ki, milli parklar haqqında maarifləndirmə işləri hər zaman aparılır, bugünkü tədbir də həmçinin bu istiqamətdə böyük əhəmiyyət daşıyır:
Samur-Yalama Milli Parkının rəhbəri Aqşin Qurbanov qeyd edib ki, hər bir parkın özünəməxsus gözəlliyi var. Samur-Yalama Milli Parkının unikallığı da məhz meşə ilə dənizin vəhdət təşkil etməsidir:
"Samur-Yalama Milli Parkın ərazisindən keçən irili-xırdalı çayların Xəzər dənizinə birbaşa çıxışının olması, balıqların kürütökmə vaxtı şirin su hövzələrinə daxil olmasına geniş imkan yaradır. Bundan əlavə yeraltı qrunt sularının Xəzər dənizinə doğru axması özü ilə birlikdə yaşıl təbiəti dənizə qovuşdurur. Ümumilikdə, 5 ekoturizm marşrutu mövcuddur".