Tam versiya
Ana səhifə CƏMİYYƏT -380 dərəcə soyuq olacaq: Bu mesaj ölkəni ayağa qaldırdı
CƏMİYYƏT

-380 dərəcə soyuq olacaq: Bu mesaj ölkəni ayağa qaldırdı


Qazaxıstanın şimalında yaşayan sakinlərə mənfi 380 dərəcə şaxta ilə bağlı xəbərdarlıq göndərilib. 

Ekologiya.Az xəbər verir ki,  Tele2 (Mobile Telecom-Service LLP) mobil operatorunun abunəçiləri vahid təcili xidmət nömrəsindən səhv mesaj alıblar.

“08.12.23 Şimali Qazaxıstan vilayəti ərazisində -380 dərəcəyə qədər şiddətli şaxta gözlənilir. 0-11-ci siniflər üçün dərslər ləğv edilir”, - deyə məlumatda bildirilir.

Qazaxıstanlılar sosial şəbəkələrdə bu qəribə mesaj barədə müzakirələr aparmağa başlayıblar. 

“Tele2”-nin mətbuat xidməti bu poçt göndərişini texniki xəta kimi izah edib. "Xəbər bülletenində dərəcə (°) işarəsi 0 ilə əvəz edilib. Yanlış nömrə aşkar edildikdən sonra şiddətli şaxtaların baş verdiyi regionun bütün abunəçilərinə düzəliş göndərilib", - şirkətin mətbuat xidmətindən bildirilib.

Qazaxıstanın əksər bölgələrində bu həftə sonu şiddətli şaxtalar olub, hava mənfi 43 dərəcəyə qədər enib./Cebhe.info/

Paylaş:
Tam mətni oxu →