• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qanunsuz ov etmək istəyən üç nəfər saxlanılıb

    29

    okt

    Qanunsuz ov etmək istəyən üç nəfər saxlanılıb

    Zərdabda qanunsuz ov etmək istəyən üç nəfər saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Otmanoba kəndi ərasizində  çöl quşları ovlamaq istəyən rayon sakinləri A.Gülməmmədov, Ü.Rüstəmov və V.Sarıyev saxlanılıblar. Həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngləri və patronlar aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 29-10-2024, 17:11 | Oxunub: 1 720