Tam versiya
Ana səhifə CƏMİYYƏT Qanunsuz ov etmək istəyən üç nəfər saxlanılıb
CƏMİYYƏT

Qanunsuz ov etmək istəyən üç nəfər saxlanılıb


Zərdabda qanunsuz ov etmək istəyən üç nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Otmanoba kəndi ərasizində  çöl quşları ovlamaq istəyən rayon sakinləri A.Gülməmmədov, Ü.Rüstəmov və V.Sarıyev saxlanılıblar. Həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngləri və patronlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →