• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Sumqayıtda keçiriləcək

    13

    noy

    Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Sumqayıtda keçiriləcək

    Noyabrın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

    Sumqayıt şəhərində yerləşən Bravo supermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər. 

    Hörmətli vətəndaşlarımız 6 noyabrda hər kəsi aşağıdakı ünvanda aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

    Bravo supermarket - Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsi 2, saat: 14:00.

    Ekologiya.az

    Tarix : 13-11-2024, 17:21 | Oxunub: 2 056